1 ... 119 120 121 122 123 124 125 126 ... 253

Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən - səhifə 123

səhifə123/253
tarix22.07.2018
ölçüsü5.08 Mb.

 

 

385

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

Qərbin dəstəklədiyi kütləvi informasiya vasitələri də seç-

kilərin ikinci dövrəsindən sonra qiyamın dayağına çevrilmiş-

di. Soros dövlət telekanallarından qat-qat operativ və aktual 

informasiya resursu olan “Maydan” internet saytını  və in-

qilab günlərində 131 dəfə çapdan çıxmış və Kiyevin mərkə-

zində yayılan mətbu informasiya bülleteninin buraxılmasını 

maliyyələşdirirdi. Digər mətbu nəşrlər, məsələn, Sorosun 

Amerika səfirliyi ilə birlikdə maliyyələşdirdiyi “Tvoy vıbor” 

qəzet  əlavəsi milyonlarla nüsxədə çap olunur və qismən 

nümayişçilərin özləri tərəfindən yayılırdı. 

Nisbətən kiçik kütləvi informasiya vasitələri, məsələn, 

“Qala Radio” radiostansiyası inqilabın ən qızğın vaxtında öz 

xarakterini dəyişmişdi. Özlüyündə ziyansız bir musiqi ra-

diostansiyası olan “Qala Radio” mərkəzdəki Kreşşatik bulva-

rındakı çadır şəhərciyində  studiyasını qurmuşdu. Bu studiya 

dərhal etiraz ruporuna çevrildi. “Qala” radiostansiyası vaxt-

aşırı jurnalistlərə  mətbuat vəsiqəsi verir, onlar da bu vəsi-

qələrin köməyi ilə inqilabi mühafizə  cərgələrindən keçə 

bilirdilər

1

.  Şübhə yoxdur ki, Ukrayna Qərb ilə Rusiyanın siyasi mü-

barizə meydanına çevrilmişdi, burada mübarizə aparan tərəflə-

rin hər biri bircə addım da geri çəkilməməyə hazır idi və müx-

təlif sosial qruplardan, eləcə də müxtəlif siyasi və başqa vasi-

tələrdən istifadə edirdi. Qərbin siyasi cəbbəxanasının element-

lərindən biri öz siyasi məqsədlərinə nail olmaq üçün gənclər-

dən istifadə edilməsi idi. Bundan ötrü maliyyə vasitələrindən 

istifadə olunmaqla gənclər səfərbər edilir, neyrolinqvistik 

proqramlaşdırma metodlarının köməyi ilə gənclərin şüurunda 

inqilabi ruh məqsədyönlü  şəkildə  dəstəklənir, onların mənlik 

                                                 

1

 www.inosmi.ru; http://www.inosmi.ru/stories/01/06/22/3006/222633/ html    



 

 

386 

Ramiz 

Mehdiyev  

 

Demokratiya 

yolunda: 

irs haqqında 

düşünərkən

 

hissi və milli qürur duyğuları qızışdırılırdı. 2003-cü ildə Gür-

cüstan vətəndaşları da bu ovqatı yaşamışdılar. 

“Pora”nın adının çəkilməsini istəməyən liderlərindən 

birinin dediklərinə inansaq, gənclərin bu cür çıxışlarının 

“əlaqələndirici” özəyi, həqiqətən, Serbiyadakı “Otpor” hə-

rəkatının üzvləri tərəfindən təlimatlandırılmış, mitinqlər 

keçirilməsi, hüquqşünasların haqqının ödənilməsi və s. 

xərclər üçün pulu isə hansısa anonim xeyriyyəçilər ver-

mişdir: “Kanadadan gəlmiş bir nəfər pul verir ki, Ukray-

nada belə bir hakimiyyət olmasın” və “adamlar açıq-aşkar 

bildirirlər ki, Medvedçukun tabeliyində olan indiki vergi 

müfəttişliyi onları  təngə  gətirib”. “Onlar pul xərcləyirlər 

ki, sonra yeni iqtidardan bonuslar alsınlar”. 

Gənclər hərəkatının strukturu məsələsinə  gəldikdə isə o, 

Neçayevin “beşliklərini” (inqilabdan əvvəlki Rusiyadakı ter-

rorçu qrupları) xatırladan qruplar və  vəsilələrdən ibarət idi. 

Görünür, mitinqlərdə müşahidəçilərin çoxunu heyrətə salan 

asayiş bununla izah edilir. Hərçənd, ötən əsrin 60-cı illərində 

Çində terrorçuluq edən xunveybinlərin “həddən artıq mütə-

şəkkil” çıxışları da müşahidəçilərə bu cür təsir bağışlayırdı. 

2005-ci il fevralın 28-də Kiyevdə “Pora” təşkilatının ba-

zasında yeni siyasi partiya yaradılması elan edildi. Onun təsis 

qurultayını 2005-ci il martın ortalarında keçirmək planlaşdı-

rılırdı. “Pora” ictimai hərəkatı strukturlaşdırılmış təşkilat ki-

mi 2005-ci il yanvarın 29-da rəsmiləşdirilmişdi. Bu qərar hə-

rəkatın vilayət əlaqələndiricilərinin şurasında qəbul edilmişdi 

və artıq o vaxt “sarı” və “qara” “Pora” arasında bu cür trans-

formasiyaya münasibətdə fikir müxtəlifliyi üzə çıxırdı. Nəti-

cədə bunlardan sonuncusu hərəkatın ictimai təşkilata çevril-

məsini “ideallara xəyanət” adlandıraraq, onun əleyhinə çıxdı. 

 

 

387

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

Serbiyada və Gürcüstanda olduğu kimi, bir il sonra Uk-

raynada da hakimiyyəti parçalanma gözləyirdi. Baş nazir 

Y.Timoşenkonun böyük hay-küyə  səbəb olmuş istefası, 

2006-cı ilin parlament seçkilərində V.Yuşşenko tərəfdarları-

nın məğlubiyyəti, V.Yanukoviçin Ukraynanın Baş naziri və-

zifəsinə təyin edilməsi onu göstərir ki, “narıncılar” düşərgəsi 

çox böyük siyasi iflasa məruz qalmışdır. 

 

Qırğızıstan – 2005 

 

Qırğızıstanda hakimiyyət böhranı, bəlkə də bütün infor-

masiya agentlikləri üçün ən gözlənilməz hadisə oldu. Əsgər 

Akayevin hakimiyyətinin devrilməsi ilə  nəticələnmiş “zan-

baq” inqilabı parlament seçkilərinin saxtalaşdırılması  nəti-

cəsində, prezident seçkilərindən xeyli əvvəl baş vermişdi. 

Serbiyada, Gürcüstanda və Ukraynada inqilablardan sonra 

təhlilçilər və politoloqlar “məxməri” inqlabın ehtimal olu-

nan varisini Moldovada, Azərbaycanda və Qazaxıstanda 

axtarırdılar.  Ənənəyə görə, Qırğızıstan qlobal “rəngli” 

transformasiyanın aid ola biləcəyi ən az ehtimal edilən sahə 

hesab olunurdu. Üstəlik, Qırğızıstan  cəmiyyətinin siyasi 

şüuru vaxtilə Rusiyanın geoiqtisadi forpostu  sayılan Uk-

rayna ilə müqayisədə həmişə xeyli aşağı qiymətləndirilirdi. 

Ona görə də burada Ukraynadakına oxşar hər hansı “üçüncü 

demokratik dalğa”,  əlbəttə, Kremlin iştirakı ilə  qətiyyətlə 

dəf edilərdi. Rusiya özünün cənub sərhədlərində,  şimal 

qonşusuna loyallığın rus dilinin ikinci dövlət dili olmasının 

hətta Konstitusiyada təsbitində ifadəsini tapdığı bu dövlətdə 

birdən-birə “rəngli” transformasiyalar şəklində tranzitlərə 

imkan verməzdi. İkincisi, Qırğızıstan Qərb üçün qlobal əhə-

miyyət kəsb etmirdi. Tamamilə loyal, Əfqanıstanla sərhəd-



:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


p-----ebedi-yol-islam-8.html

p-----ebedi-yol-islam-84.html

p-----ebedi-yol-islam-89.html

p-----ebedi-yol-islam-93.html

p-----ebedi-yol-islam-98.html