1 ... 109 110 111 112 113 114 115 116 ... 253

Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən - səhifə 113

səhifə113/253
tarix22.07.2018
ölçüsü5.08 Mb.

 

 

353

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

əmin idi, dövlət KİV-ləri onun şəxsiyyətini fəal təbliğ edirdi. 

Hakimiyyətdə heç kəs müxalifəti ciddi qəbul etmirdi. 

2000-ci ilin yayında Miloşeviç Konstitusiyaya dəyişiklik-

lər etmək və prezident vəzifəsinə parlamentdə deyil, ümum-

xalq səsverməsi yolu ilə seçilmək qərarına gəldi. Bu qərar 

seçkilərin Miloşeviçin hakimiyyət müddətinin rəsmən başa 

çatmasından 10 ay əvvələ təyin edilməsinə səbəb oldu. SPS-

in namizədi  əmin idi ki, o, 70 faiz səs toplayaraq  qalib 

gələcəkdir, lakin hadisələr başqa ssenari üzrə inkişaf edirdi. 

Müxalifət cəbhəsində 18 partiya bir blokda birləşərək, 

prezident vəzifəsinə vahid namizəd seçdi. Bu, Serbiya De-

mokratik Partiyasının lideri Voislav Koştunitsa oldu. Əvvəlki 

seçkilərdə onun partiyası 6 faizdən çox səs toplamamışdı və 

ictimai sorğularda  əhalinin yalnız 4 faizi onu prezident 

vəzifəsində görmək istədiyini bildirmişdi (!). 

Koştunitsa  əqidəli royalist (vahid Yuqoslaviya tərəfdarı), 

antikommunist, dindar, demokrat, qanunçu və özünün dediyi 

kimi, “müdafiə olunan millətçi” idi. 

V.Koştunitsa seçkilərin elə ilk dövrəsində  səslərin  əksə-

riyyətini (54,66 faiz) toplayaraq, Miloşeviçi (35,01 faiz) xey-

li geridə qoymuşdu. Hərçənd, rəsmi məlumatlara görə, səs-

vermənin ikinci dövrəsinin  keçirilməsi zərurəti göz qaba-

ğında idi, çünki Yuqoslaviya Mərkəzi Seçki Komissiyasının 

hesablamalarına görə, Koştunitsa 48,96 faiz, Miloşeviç isə 

38,62 faiz səs toplamışdı. Belə olan halda Koştunitsa  əlavə 

seçkilər keçirilməsindən imtina edərək, hamını “küçələrə 

çıxmağa” və ümumi tətilə başlamağa çağırdı. 

Koştunitsanın hakimiyyətə qanuni yolla gəlmək istəmə-

məsinin səbəbləri aydın idi. Federal seçkilərdə solçu koali-

siya Vətəndaşlar Palatasındakı 137 yerdən 74-nü və Respub-

 

 

354 

Ramiz 

Mehdiyev  

 

Demokratiya 

yolunda: 

irs haqqında 

düşünərkən

 

likaçılar Palatasında 40 yerdən 26-nı tutmuşdu. Solçu koali-

siya Serbiya parlamentində də əksəriyyət təşkil edirdi. Bu isə 

DPS-in öz proqramını  həyata keçirməsini qeyri-mümkün 

edirdi, çünki Yuqoslaviyada prezidentin səlahiyyətləri çox 

məhdud idi. Yalnız dövlət çevrilişi DPS-in qanundan yan 

keçərək, hakimiyyəti devirməsinə imkan verə bilərdi. 

Bu hadisələrdən sonra müxalifət praktik olaraq bircə 

gecədə kütlələri səfərbər edə bildi. Etiraz çıxışlarına Kolubar 

şaxtaçıları başladı. Onlar yolları kəsmiş, mağazaları və mək-

təbləri bağlamışdılar. Dövlət müəssisələrinin 80 faizində 

fəhlələr tətil edirdilər. 

Demək olar, bircə  həftə  ərzində bütün kiçik şəhərlər və 

kəndlər “Bütöv Serbiya uğrunda” mitinqə çağıran müxalifət 

qüvvələri tərəfindən tutulmuşdu. Mitinqlər və aksiyalar 

diqqətlə planlaşdırılmışdı. Niş sakinləri parlamentin binasına 

tərəf, Çaçaq sakinləri dövlət televiziyasına, Novi Saddan 

olan nümayişçilər federal binalara, Pançevo sakinləri polis 

idarəsinə tərəf irəliləməli idilər. 

Səhər saat 5:30-da Çaçaqdan olan nümayişçilərin iyirmi 

kilometrlik dəstəsi Belqrada tərəf irəliləməyə başladı. 

Dəstədə  avtobuslar, maşınlar, daşla doldurulmuş arabalar, 

torpaqqazan maşınlar və buldozer də vardı (sonralar buldozer 

çevrilişin rəmzlərindən biri olmuşdu). Nümayişçilər 

dəstəsinin başında polis nəfərlərinin, karateçi və cüdoçu 

döyüşçülərin, Kosovo və Bosniyada hərbi kampaniyanın 

veteranlarının əhatəsində şəhər meri gedirdi. 

Polis Nazirliyinin təlimatına uyğun olaraq, yollarda barri-

kadalı postlar qoyulmuşdu. Lakin polis barrikadalardan ke-

çərək irəliləyən nümayişçilər dəstəsini saxlamaq üçün heç bir 

tədbir görmürdü. Beləliklə, mitinq iştirakçıları parlament bi-

 

 

355

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

nasının qarşısındakı mərkəzi meydana çatdılar. Saat 13.00-a 

qədər Belqradın bütün mərkəzi küçələri insanla dolmuşdu. 

Onların başı üzərində uçan vertolyot hərbi komandanlığa və-

ziyyət və mitinq iştirakçılarının sayı barədə məlumat verirdi. 

Miloşeviç   elit qoşun bölmələrinə, 1500 legionerdən iba-

rət olan “qırmızı beretlər” korpusuna çox böyük ümid bəs-

ləyirdi. O vaxt V.Koştunitsanın seçki qərargahına rəhbərlik 

edən Zoran Cinciçin “qırmızı beretlər”lə əlaqəsi vardı və on-

larla razılığa gəlmişdi ki, əgər etiraz mitinqinin iştirakçıları 

özləri bəhanə verməsələr, hərbçilər işə qarışmayacaqlar. 

Üstəlik, “qırmızı beretlər”in komandiri nümayişçiləri polisin 

zorakılıq hərəkətlərindən müdafiə edəcəyinə söz vermişdi. 

NATO-nun təcavüzündən sonra ölkədə ordunun şöhrəti 

və nüfuzu artmışdı və Miloşeviç əmin idi ki, ordu onu dəs-

təkləyəcəkdir. Miloşeviçə bunu artıq Belqradın  şəhərətrafı 

bölgələrində villalar bağışladığı generallar deyirdilər. Lakin 

Miloşeviç nümayişlərin yatırılması üçün silahlı qüvvələrdən 

istifadə etmək barədə xahişlə müdafiə naziri Neboşa 

Pavkoviçə zəng edəndə, general bu cür riskli addım atmağa 

razılaşmadı. Günün axırında (oktyabrın 5-də) bütün dövlət 

təsisatları müxalifətçilər tərəfindən tutulmuşdu. 

Oktyabrın 6-da saat 10.40-da Miloşeviç  əhali qarşısında 

çıxış edərək, seçkilərin ilkin nəticələrini tanıdığını bildirdi. 

V.Koştunitsa ölkənin prezidenti oldu. 

Bu hadisələrdən bir il keçəndən sonra baş nazir Zurab 

Cinciç ilə Prezident Koştunitsa arasında münaqişə  kəskin-

ləşəndə, Cinciç Miloşeviçi həbs etmək və onu Haaqa Tri-

bunalına vermək istəyirdi. Koştunitsa müqavimət göstərirdi, 

lakin Cinciç öz qərarında israrlı idi. 



:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


p-----ebedi-yol-islam-57.html

p-----ebedi-yol-islam-61.html

p-----ebedi-yol-islam-66.html

p-----ebedi-yol-islam-70.html

p-----ebedi-yol-islam-75.html