1 ... 106 107 108 109 110 111 112 113 ... 253

Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən - səhifə 110

səhifə110/253
tarix22.07.2018
ölçüsü5.08 Mb.

 

 

344 

Ramiz 

Mehdiyev  

 

Demokratiya 

yolunda: 

irs haqqında 

düşünərkən

 

baş vermiş hadisələr Miloşeviçə qarşı müharibədə dönüş 

nöqtəsi oldu və Balkan diktatoru ilə müharibənin legitim 

forma almasına imkan verdi. 

Yuqoslaviya hadisələri indiyə  qədər çoxsaylı suallar do-

ğurur. Tarix hələ bu suallara cavab verməli olacaq. Məsələn, 

necə olmuşdur ki, 1990-cı ilin sentyabr ayında radikal alban 

liderləri bu diyarı respublika elan etmiş, orada paralel hö-

kumət yaratmış  və Belqradın hakim dairələrini boykot et-

mişdilər? Bu işdə onlara kim kömək edirdi? 

Məlum olduğu kimi, hələ 1992-ci ildə Kosovo Demok-

ratik  İttifaq partiyasının lideri, Avropada çox populyar olan 

alban yazıçısı  İbrahim Ruqova Kosovonun prezidenti 

seçilmişdi. Sirr deyil ki, Kosovo albanları diasporun köməyi 

ilə amerikalı siyasətçilərin dəstəyinə  zəmanət almışdılar. 

Alban gəncləri hər  şənbə günü Priştinada “Kosovoya 

müstəqillik”  şüarı altında  nümayiş keçirirdilər. Bu nüma-

yişlərin iştirakçıları televiziyaya verdikləri müsahibələrdə 

özlərinin demokratiya işinə, milli müqəddərat və başqa 

ideallara sadiq olduqlarını bildirirdilər.  Əvvəlcə bu proses 

tamamilə dinc şəkildə gedirdi, lakin sonradan gözlənilmədən 

diyar təlatümə gəldi. 

1996-1998-ci illərdə o vaxtlar çoxlarının tanımadığı 

Kosovo Azadlıq Ordusu (KAO) adlı radikal təşkilatın üzv-

lərinin sayı sürətlə artaraq, 400 nəfərdən 35.000 nəfərə 

çatmışdı. Bu təşkilatın üzvlərinin  əllərində  ağac dəyənəklər 

və qoşalülə ov tüfəngləri  əvəzinə, müasir atıcı silahlar, mi-

nomyotlar və raket qurğuları var isi. 1998-ci ilin yeddi ayı 

ərzində KAO Kosovoda 1126 terror aktı törətmişdir. O,  elə 

bir qüvvəyə çevrilmişdi ki, onunla prezident Ruqova da, 

bütün Kosovo albanları da hesablaşırdı. Bu dəstələri az qala 

 

 

345

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

darmadağın etmiş serb OMON-unun cavab əməliyyatları 

NATO-nun bu məsələyə müdaxilə etməsinə səbəb oldu. 

Serblər də bu proseslərə biganə qalmırdılar. Serb cəmiy-

yətini get-gedə daha geniş miqyasda bürüyən millətçilik 

münaqişənin bütün tərəfləri üçün fəlakətli amil idi. Məsələn, 

buraya gələn jurnalist informasiya nazirliyinin Serbiyadakı 

yerli bölməsində  rəsmi akkreditə  sənədləri ilə birlikdə 

“Kosovo və Metoxiya” (bu diyarın serb dilində adı) kitab-

çasını da alırdı. Parlaq kağızda illüstrasiyalarla 5000 nüsxə 

tirajla çap edilən kitabçanın mündəricatı belə idi: “Kosovo və 

Metoxiya serb dövlətçiliyinin və serb mənəviyyatının beşi-

yidir”; “Albanların serb torpaqlarına soxulması”; “XIX əsrdə 

serblərə qarşı terror”; “Böyük Albaniya faşist protektoratının 

yaradılması. Müasir tarixdən: “Kosovoda və Metoxiyada 

alban terrorizminin yayılması”; “Terrorizm alban separat-

çılarının siyasi mübarizə vasitəsi kimi”

1

. Göründüyü kimi, 

iddialar qarşılıqlı idi və buna oxşar etnik-milli müna-

qişələrdə, adətən, olduğu kimi, kənar tərəflər yeni geostrateji 

müharibə meydanı yaratmaq üçün belə imkandan bacarıqla 

istifadə edirlər. 

Yuqoslaviyada müharibənin başlanması ABŞ-ın və bütöv-

lükdə NATO blokunun həqiqi məqsədlərini bütün çılpaqlığı 

ilə açıb göstərdi. 1999-cu il martın 24-dən 25-nə keçən gecə 

ABŞ-a və NATO-ya məxsus yüzə yaxın döyüş  təyyarəsi 

Yuqoslaviyadakı  40 hədəfə bomba zərbələri endirmək üçün 

havaya qalxdı. Birinci mərhələdə NATO bloku 400 

təyyarədən istifadə etmişdir. Onlardan 250-si Amerikaya 

məxsus idi. O cümlədən, B-52 bombardmançı təyyarələri və 

radiolokasiya qurğuları tərəfindən aşkar edilə bilməyən F-17 

                                                 

1

 http://euro.svoboda.org// Косово: десять убитых в неделю. Современ-

ная война малой напряженности. 

 

 

346 

Ramiz 

Mehdiyev  

 

Demokratiya 

yolunda: 

irs haqqında 

düşünərkən

 

təyyarələrindən istifadə olunurdu. Adriatik dənizindəki 

NATO donanmasında beş raket kreyseri, raket silahları olan 

iki sualtı qayıq, iki təyyarədaşıyan gəmi, iki nəqliyyat 

gəmisi, vertolyotlar da daxil olmaqla, göyərtə aviasiyası 

vardı.  Əməliyyatın  əvvəlində  cəmi 30 mindən çox əsgər və 

zabit iştirak edirdi.  

NATO-nun Avropadakı qüvvələrinin komandanı, ameri-

kalı general Klak döyüşçülər qarşısında aşağıdakı kompleks 

vəzifələri qoymuşdu: serblər beynəlxalq birliyin şərtlərini qə-

bul etməyincə, Belqradın hərbi qüvvələrini dağıtmalı, məhv 

etməli, qırmalı, bu qüvvələri hər vasitə ilə azaltmalı. Artıq 

müharibənin ilk həftələrində NATO qüvvələri tərəfindən 

Yuqoslaviyaya endirilən raket-bomba zərbələrinin gücü 

Xirosimaya atılmış iki atom bombasının gücünə bərabər idi. 

Bütün dünyada Amerika təcavüzünə qarşı  çıxışlar geniş 

miqyas alırdı. Rusiya hökumətinin başçısı, ABŞ-a rəsmi 

səfərə gedən Y.M.Primakovun təyyarəsi müharibə başlayan 

anda havada idi. Artıq ABŞ sahillərində olan bu təyyarə 

oradan geri dönərək, Moskvaya uçmuşdu. Lakin Qərb öz 

təzyiqini nə qədər artırırdısa, Miloşeviçin milli mənafeləri və 

prioritetləri qorumaq məqsədi ilə serb cəmiyyətini 

birləşdirmək imkanları bir o qədər çoxalırdı. 

2000-ci ildə  Qərbin Yuqoslaviyaya münasibətdə siyasəti 

yeni mərhələyə daxil oldu. Vəziyyəti ucdantutma dəyişmək 

və S.Miloşeviçi devirmək məqsədi ilə  kənardan zorakılığa 

əsaslanmayan təzyiqə üstünlük verildi. Miloşeviç artıq bir 

neçə siyasi səhvlərə yol vermişdi və istər ölkə daxilində 

demokratik serb müxalifəti, istərsə  də onun hüdudlarından 

kənarda “Yuqoslaviyanın Avropaya yenidən inteqrasiyası” 

üçün donorluq edən ölkələr bu səhvlərdən bacarıqla istifadə 


:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


p-----ebedi-yol-islam-34.html

p-----ebedi-yol-islam-39.html

p-----ebedi-yol-islam-43.html

p-----ebedi-yol-islam-48.html

p-----ebedi-yol-islam-52.html