1 ... 104 105 106 107 108 109 110 111 ... 253

Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən - səhifə 108

səhifə108/253
tarix22.07.2018
ölçüsü5.08 Mb.

 

 

337

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

1989-cu il dekabrın 15-də Rumıniyanın Timişoara  şəhə-

rində kütləvi etiraz çıxışları başlandı. 

1989-cu il dekabrın 22-də Rumıniyada dövlət başçısı  və 

Rumıniya Kommunist Partiyasının rəhbəri N.Çauşesku 

devrildi, dekabrın 25-də onu arvadı ilə birlikdə güllələdilər. 

Milli Qurtuluş  Cəbhəsinin lideri İ.İliyesku Rumıniyanın 

prezidenti oldu. 

Bu proseslərin sürətlə baş verməsi “məxməri” inqilabların 

siyasi sistemlərdə  nə  qədər güclü və  əsaslı  dəyişikliklər 

törətməyə qadir olduğunu göstərdi. “Zərif” transformasiyalar 

ərəfəsində kommunist və kapitalist dünyaları arasında 

nəzərəçarpacaq mülayimləşmə, xüsusən M.Qorbaçovun 

AFR-ə  səfəri zamanı  hər bir dövlətin öz siyasi və sosial 

sistemini sərbəst seçmək hüququnu elan etməsi QİYŞ-in 

keçmiş üzvləri olan dövlətlərdə qan tökülmədən rejimin 

dəyişməsi və bu dövlətlərin “yeni” Avratlantik məkana 

yetərincə inteqrasiyası üçün əlverişli şərait yaratmış oldu. 

Bəzi müəlliflərin fikrincə, “inqilablar elə ölkələrdə baş 

verir ki, onlar prinsipial baxımdan yeni, həm özləri üçün 

səciyyəvi olmayan daxili inkişaf proseslərinin, həm də dünya 

miqyaslı qlobal meyillərin doğurduğu problemlərlə 

üzləşirlər.  

Bununla yanaşı, həmin dövlətlərin institusional strukturu 

və onların  əhalisinin psixoloji stereotipləri yeni tələblərə 

çevik uyğunlaşmağa imkan vermir; və adaptasiyaya mane 

olan bu daxili məhdudlaşdırıcıları  təkamül yolu ilə inkişaf 

prosesində aradan qaldırmaq mümkün olmur”

1

.                                                   

1

  И.В.Стародубровская,  В.А.Мау.  Великие  революции:  от  Кромвеля 

до Путина. М., 2004, стр. 29. 

 

 

338 

Ramiz 

Mehdiyev  

 

Demokratiya 

yolunda: 

irs haqqında 

düşünərkən

 

Ötən  əsrin axırlarındakı “məxməri” inqilablarla yeni 

minilliyin  əvvəlindəki transformasiyalar arasındakı mühüm 

fərqi vurğulamaq lazımdır. Axı, dünyabaxışı paradiqma-

larının böhranı ilə yanaşı, bu transformasiyaları, – hətta onlar 

vahid qlobal “üçüncü demokratik dalğa”ya aid olsalar belə, – 

əhəmiyyətli dərəcədə  fərqləndirən bir neçə seqmentin 

mövcudluğu göz qabağındadır. 

Əvvələn, 1989-cu ildəki transformasiyalar tarixi zərurət 

idi, onlar SSRİ-nin siyasi və iqtisadi qüdrətinin tükənməsinin 

nəticəsi idi. Əvvəlcə  Qərb hadisələrin bu qədər intensiv 

inkişafını  qəbul etməyə hazır deyildi. Bunu, ən azı, kansler 

H.Kolun ehtiyatlı mövqeyi təsdiq edir. O, 1989-cu il 

oktyabrın 11-də M.Qorbaçovla telefon söhbətində demişdi: 

“Bizim yeganə istəyimiz budur ki, ADR sizin xəttinizə, 

mütərəqqi islahatlar və  dəyişikliklər xəttinə qoşulsun... Biz 

istəyirik ki, ADR sakinləri öz evlərində qalsınlar. Biz onları 

təlatümə  gətirməyə, hansısa hərəkətlərə sövq etməyə hazır-

laşmırıq ki, buna görə sonradan bizi qınasınlar”. Böyük 

Britaniyanın SSRİ-dəki səfiri R.Breytueyt də buna oxşar 

fikirlər söyləmişdi: “Hamı – mənim hökumətim də, müttə-

fiqlərimiz də çox yaxşı başa düşürlər ki, ADR-in işlərinə 

müdaxilə etmək olmaz, hətta müdaxilə kimi qiymətləndirilə 

biləcək bəhanələrə  də yol vermək olmaz”. Lakin 9 noyabr 

hadisələri – Siyasi Büronun üzvü Q.Şvabovski ADR-in bütün 

vətəndaşlarının AFR-ə gedə bilməsini bəyan edəndən sonra 

sevinən kütlə Berlin divarını dağıtmağa başlayanda  Şərq 

almanlarının yenidən birləşmək cəhdindən  əl çəkməsinin 

mümkünlüyünü tamamilə təkzib etdi. 

İkincisi, sosializm ölkələrindəki idarəetmə sistemi qlobal 

kontekstdə öz dövrünü başa vurmuşdur. Onun qalıqları bu 

gün Kubada, Şimali Koreyada və qismən Çində hiss edilir. 



 

 

339

2‐ci fəsil 

 

E pluribus 

unum – 

vəhdət 


formulu 

 

Avtoritar dövlət idarəetmə sisteminin kütləvi  şüuru daim 

“qapalı” saxlaya bilmədiyini göstərdi.  

Bərpayönümlü çevrilişlər “real sosializm” cəmiyyətlərin-

də ciddi obyektiv daxili zəminə malik idi. Bizim dövrdə baş 

vermiş  məxməri qiyamlar bu və ya digər konkret ölkənin 

ziddiyyətlərindən və problemlərindən qidalanmış olsa da, 

kənardan təhrik olmasa baş verə bilməz. 

Üçüncüsü, “məxməri” inqilablar hadisələr hər hansı 

ssenari üzrə, o cümlədən inqilabi yolla inkişaf edəcəyi halda 

SSRİ bu hadisələrə müdaxilə etmək fikrindən dönəndən dər-

hal sonra baş vermişdir. Hakimiyyətə gələnlər kifayət qədər 

qabiliyyətli siyasətçilər idi, onlar öz ölkələrində əhəmiyyətli 

modernləşmə aparmış, bəzi ölkələr hətta Avropa İttifaqına 

üzv olmuşdur.  İndiki  şəraitdə isə hakimiyyətə “idarə edilən 

demokratiya” hökumətləri “gətirilir”, onlar inqilabın donoru 

olmuş ölkələr üçün sərfəli olan xətti həyata keçirirlər. 

Dördüncüsü, bu inqilabların həyata keçirilməsində trans-

milli korporasiyaların rolu minimum olmuş, bəzi hallarda isə, 

bəlkə  də, heç bir rolu olmamışdır.  İndiki  şəraitdə isə “məx-

məri” inqilablar transmilli korporasiyaların maraqlarının hə-

yata keçirilməsi üçün pərdə rolu oynayır. 

Tarixçi A.Toynbi yazırdı ki, bütöv sivilazasiyaların ağır 

böhran girdabına düşməsinin səbəbi o idi ki, hakim azlıq küt-

lələrin  şüuru ilə manipulyasiya etmək üçün onların  şüuruna 

özünün yeritdiyi miflərə birdən-birə inanmağa başlamışdı. 

Postsovet dövlətlərində  də belə olmuşdur. Hakim elita əv-

vəlcə sovet dövlətçiliyinin məhv edilməsinə passiv razılıq ala 

bilmək üçün Qərb demokratiyası, orada seçkilərin ədalətli və 

bərabərhüquqlu keçirilməsi barədə son dərəcə  bəsit mifi 

kütləvi  şüura yeridirdi. Sonra isə elə  həmin hakim yuxarı 


:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


p-----ebedi-yol-islam-11.html

p-----ebedi-yol-islam-16.html

p-----ebedi-yol-islam-20.html

p-----ebedi-yol-islam-25.html

p-----ebedi-yol-islam-3.html